“Xarabalıq milyonçusu”nun ulduzu həqiqətən evsiz qalıb
15 May 2009 Cümə 12:20
Hindistanlı aktyorun yaşadığı gecəqondu sökülüb

Dünyaya səs salmış “Xarabalıq milyonçusu” filminin gənc aktyorlarından biri həqiqətən evsiz qalıb. Hindistanda hökumətin əmri ilə 10 yaşlı İsmayıl Azxaruddinin də yaşadığı Mumbai meqopolisinin yoxsul məhəlləsi sökülüb. Bu barədə “Vesti” məlumat verib.

Bu ev və bunun kimi bir neçə qeyri-qanuni tikili yeni su kanalının çəkilməsinə mane olurmuş. Sökülən evlər qanunsuz tikili olduğundan burda yaşayan sakinlərə kompensasiya verilməyib. Bu səbəbdən məhəllə sakinləri küçələrdə gecələyirlər. 

Qeyd edək ki, rejissor Deni Boyl tərəfindən çəkilən və səkkiz Oskar mükafatına layiq görülən “Xarabalıq milyonçusu” filmi efirə gedəndən sonra, Hindistan hökuməti Azxaruddinə və onun doqquz yaşlı həmkarı Runine Aliyə yeni binada ev verməyi vəd etsə, vəd yerinə yetirilməyib.

Qeyd edək ki, filmdəki digər aktyorlardan fərqli olaraq onlar həqiqətən də xarabalıqda doğulub və böyüyüblər. Filmdə gecəqonduda böyüyən oğlanın təsadüfən milyonçu olmasından bəhs edilir. /ANS PRESS/  

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar