Xanəndə Zabit Nəbizadə xarici səfərdən qayıdıb
01 Fevral 2010 Bazar Ertəsi 23:15
Muğam ustası Zabit Nəbizadənin Niderlanddakı konserti böyük maraqla qarşılanıb
Niderlandda Azərbaycan muğam ustasının konserti böyük maraqla qarşılanıb. Əməkdar artist Zabit Nəbizadənin iştirakı ilə muğam üçlüyünun Amsterdamda və Utrextdə keçirilən konsertlərini Hollandiya musiqiçiləri yüksək qiymətləndiriblər.

Amsterdamın məşhur “Tropentheater” konsert salonunda Rövşən Qurbanovun və Xəyyam Məmmədovun müşayiəti ilə Z.Nəbizadənin çıxışı alqışlarla qarşılanıb. Konsertin açılış mərasimində Azərbaycanın Niderlanddakı səfiri F.İsgəndərov iştirak edib. Tədbirdə Azərbaycan muğamının YUNESKO-nun Dünyanın qeyri-maddi irs siyahısına salınması da vurğulanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar