Uşaq kitabxanasında sərgi keçirilib
09 Dekabr 2009 Çərşənbə 17:15
Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasına hədiyyə olunan kitablar geniş oxucu kütləsinin istifadəsinə veriləcək
Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında Uşaq İli ilə əlaqədar “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisinin açılışı olub. Tədbirdə uşaq yazıçıları, naşirləri, sərgidə iştirak edən dövlətlərin səfirliklərinin nümayəndələri, KİV nümayəndələri, nəşriyyatların redaktorları, kitabxana işçiləri və məktəblilər iştirak edib.

Tədbiri keçirməkdə məqsəd kitab mədəniyyətinin təbliği, dünya uşaq ədəbiyyatı nümunələrinin daha aydın şəkildə geniş oxucu kütləsinə göstərilməsidir.

Sərgidən sonra kitabxanaya hədiyyə veriləcək kitablar kitabxananın dünya uşaq ədəbiyyatı fondunda saxlanılacaq və geniş oxucu kütləsinin istifadəsinə veriləcək.

Sərgidə təxminən 1500-ə yaxın dünya uşaq ədəbiyyatı nümunələri nümayiş etdirilib. Qeyd edək ki, sərgi dekabr ayının 9-dan 14-nə qədər davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar