Türkiyəli rejissor Bakı haqqinda film çəkəcək
21 Dekabr 2009 Bazar Ertəsi 01:05
Çəkəcəyi filmin mövzusunu hələlik açıqlamaq istəməyən rejissor Ankaraya dönəndən sonra ssenari yazacağını deyib
Türkiyəli rejissor Hicri Bozdaq Azərbaycan haqqında sənədli film çəkəcək. Türkiyə filmləri həftəsində iştirak edən Hicri Bozdaq jurnalistlərə bildirib ki, türk dövlətləri, xüsusilə Azərbaycan onun üçün çox maraqlı ölkədir. Bakını görüncə fikrində yeni bir film ssenarisi canlandığını deyən rejissor vurğulayıb ki, Azərbaycan haqqında sənədli film çəkməyi qərara almıb.

Çəkəcəyi filmin mövzusunu hələlik açıqlamaq istəməyən H.Bozdaq Ankaraya dönəndən sonra ssenari yazacağını, sonra da Bakıya qayıdıb filmi çəkəcəyini vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar