Türkiyə Evrovizion 2010 MaNga rok qrupu göndərir
07 Yanvar 2010 Cümə Axşamı 17:35
Türkiyə Evrovizion 2010 MaNga rok qrupu göndərir. Osloda "MaNga" rok qrupu çıxış edəcək.
2010-cu ilin may ayında Osloda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsində Türkiyəni “MaNga” rok qrupu təmsil edəcək.

Türk mətbuatının yaydığı xəbərə görə, qrup beş musiqiçidən - Fərman Akgül, Özgür Can Öney, Yağmur Sarıgül, Efe Yılmaz və Cem Bəxtiyardan ibarətdi.

Qeyd edək ki, TRT rəhbərliyi builki yarışmaya qadın yox, kişi solist göndərməyə qərar verib. Qrup eyni zamanda internet səsverməsi ilə də liderliyi əldə edə bilib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar