Türk filmlərinə pulsuz baxmaq mümkün olacaq
09 Dekabr 2009 Çərşənbə 14:40
Bakıda Türk Filmləri Həftəsi keçiriləcək. Türk filmlərinə pulsuz baxmaq mümkün olacaq.
Bakıda Türk Filmləri Həftəsi keçiriləcək. Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Türk Filmləri Həftəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Həftə çərçivəsində Bakıda türk kinosunun ən önəmli və daha çox mükafat qazanmış məşhur filmlərinin nümayişi dekabrın 17-dən 19-dək keçiriləcək.

Dekabrın 17-də film həftəsinin rəsmi açılışından sonra tanınmış rejissor Fatih Akının “Yaşamın Kıyısında” filmi göstəriləcək. Dekabrın 18-də “Vizontele Tuğba” və “Mutluluk”, 19-da isə “Günəşi gördüm” və “Üç meymun” filmləri nümayiş olunacaq.

R.Behbudov adına Dövlət Mahnı Teatrında nümayış olunan filmləri tamaşaçılar bilet almadan sərbəst izləyə bilərlər. Türk Filmləri Həftəsi “B2C Ajans”ın təşkilatçılığı ilə baş tutacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar