Telman Adıgözəlovun alın yazısı
01 May 2013 Çərşənbə 02:32
Yarımçıq qalmış bağ evi, onsuz keçən övlad toyu, bu toylara çox dostlarının gəlməməsi və başqa nüanslar.
Telman Adıgözəlovun həyatını alt-üst edən rəqəmlər... Aktyorun xəstə olduğunu hamıdan gizlətməyinin səbəbi nə idi? Telman Adıgözəlovun yaxın dostları onun övladlarının toyuna gəlmədilər... ANS PRESS-in məlumatına görə, 2010-cu ilin 15 aprelində ölümü ilə sözün əsl mənasında bütün Azərbaycana şok yaşadan, əzizlərini, dostlarını yandırıb-yaxan aktyor Telman Adıgözəlovun alın yazısından danışıldı. "Alın yazısı" verilişinin bu dəfəki buraxılışı 57 yaşında dünyasını dəyişmiş aktyorun alın yazısına həsr etdi. Nə qədər danışılsa da, alın yazısının nədən belə yazıldığını bilən olmadı...

Sənət dostları Hacı İsmayılov, Almaz Mustafayeva, Naibə Allahverdiyeva, Ramiz Novruz, Kamran Yunis, Cəfər Namiq Kamal, oğlu Tural və müğənni İlqar Muradov vaxtsız bizi tərk edən aktyorla bağlı xatirələrini və ürək sözlərini bölüşdülər.

Aktyorun sənət dostları və oğlu onun səhhətində heç bir problemin olmadığını dedilər. Sağlam həyat tərzi sürən Telman Adıgözəlovun yeganə mənfi cəhəti həddindən artıq siqaret çəkməsi olub. Yaxınları onun infarktdan ölməsinin də məhz bunun nəticəsi olduğunu düşünürlər. Əslində isə Telman Adıgözəlov problemlərini hər kəsdən gizlədirmiş. Gizlincə ürək dərmanı içirmiş aktyor... Hətta depresiyaya düşdüyü vaxtlar da olub. Ad günlərini sevmirmiş. Doğum günü təbriklərini göz yaşları ilə qəbul edirmiş...

Həmişə üzü gülər aktyor ölümündən bir qədər əvvəl "Deyəsən qocalıram, ürəyim sözə baxmır" desə də, heç kim buna inanmayıb.

Hacı İsmayılov dostunun alın yazısını rəqəmlərlə əlaqələndirdi: "Mən rəqəmlərə çox inanıram. Telmanın bir maşını vardı, nömrəsi 057. Elə 57 yaşında da dünyasını dəyişdi."

Ramiz Novruz: "Telman Adıgözəlov uzun illər bizi nə qədər sevindirmişdisə, sevinc bəxş etmişdi, gözlənilməz ölümü ilə hamıdan hər şeyin əvəzini çıxdı."

Yarımçıq qalmış bağ evi, onsuz keçən övlad toyu,bu toylara çox dostlarının gəlməməsi və başqa nüanslarla "Alın yazısı" verilişin tam versiyasında tanış ola bilərsiz:



DOSTLARINLA PAYLAŞ:

oyunlar