Tarzan filmlərində Ceyn rolunu ifa edən Brenda Coys vəfat edib
23 İyul 2009 Cümə Axşamı 11:36
Tarzan haqqında çəkilən filmlərdə Ceyn rolunu ifa edən Hollivud aktrisası Brenda Coys 92 yaşında vəfat edib.
 APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ömrünün son illərini Santa-Monika şəhərindəki qocalar evində keçirən B. Coys elə orada keçinib.

Əsl adı Betti Leabo olan Brenda Coys kino karyerasına 1939-cu ildə başlayıb və 6 il ərzində ikinci dərəcəli filmlərdə oynayıb. O, 1945-ci ildə “Tarzan və amazonkalar” filmində Conni Vaysmüllerin tərəf-müqabili olduqdan sonra məşhurlaşıb. C. Vaysmüller və B. Coys 1946-1948-ci illərdə Tarzan haqqında daha üç filmə çəkiliblər. 1946-cı ildə B. Coys Leks Barkerlə birlikdə “Tarzanın sehrli fontanı” filmində baş rola çəkilib. Bu film aktrisanın kino karyerasında sonuncu film olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar