Tanınmış jurnalist film çəkib
23 Yanvar 2010 Şənbə 17:50
Tomas Qoltsun çəkdiyi "Montanada muğam" sənədli filmi mükafata layiq görülüb
Tanınmış Amerika jurnalisti Tomas Qoltsun çəkdiyi "Montanada muğam" ("Mugham in Montana") sənədli filmi Syear-Nevadada keçirilən kinofestivalda mükafata layiq görülüb. Mədəniyyət və Turizm İdarəsinin verdiyi məlumata əsasən, fevral ayının 26-da Kaliforniyanın Mamont Leyks şəhərciyinin "Westin Monache Resort" otelində filmin yaradıcılarının iştirakı ilə keçiriləcək banketdə, 2010-cu ilin mükafatı təqdim olunacaq.

Qeyd edək ki, 15 dəqiqəlik film "Qədim Şərq" qrupunun 2007-ci ildə Montana ştatına musiqili səfərindən bəhs edir.

Xatırladaq ki, jurnalistin filmi bundan öncə hər il keçirilən Beynəlxalq "Yosemite" kinofestivalında qısametrajlı filmlər nominasiyasında "El Capitan" mükafatına layiq görülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar