Şirvanşahlar Sarayında tamaşa göstəriləcək
15 İyul 2009 Çərşənbə 09:20
“Sehirli Çarıqlar” nağıl-tamaşası "Uşaq ili" çərçivəsində hazırlanıb

Bu gün Şirvanşahlar Sarayı Kompleksində tamaşa göstəriləcək. “Uşaq Teatrı” tərəfindən hazırlanmış Salman Qaraçöplünün “Sehirli Çarıqlar” nağıl-tamaşası 2009-cu il Uşaq İli çərçivəsində nümayiş etdiriləcək. ANS PRESS-in məlumatına görə, tamaşa saat 11:00 da  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə göstəriləcək.
Tədbirin keçirilməsində məqsəd ilk növbədə xüsusi qayğıya ehtiyacı olan uşaqların yay istirahətinin səmərəli təşkili və onlara İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı Kompleksi barədə məlumat verməkdir.
Qeyd edək ki,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “2009-cu il Uşaq İli”-nə həsr edilmiş silsilə tədbirlərini davam etdirəcək. Bu ilin IV rübündə uşaqların əl işlərindən və rəsmlərindən ibarət sərgi-müsabiqənin keçirilməsi nəzərdə tutulur. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar