Səttar Bəhlulzadənin 100 illiyi
11 Mart 2009 Çərşənbə 15:10
Səttar Bəhlulzadənin 100 illiyi münasibətilə sərgi keçiriləcək, Martın 13-ü Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Təbiət nəğməkarı” adlı sərgi açılacaq

Azərbaycanın görkəmli fırça ustası Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyi münasibətilə R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində  silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət İncəsənət  muzeyinin martın 13-ü saat 14-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təşkil etdiyi sərgi “Təbiət nəğməkarı”  adlanır. Sərgidə S. Bəhlulzadənin əsərlərinin bir qismi nümayiş olunacaq. Rəssamın yaradıcılığı haqqında   İncəsənət muzeyinin direktor müavini Elmira Qasımova, xalq rəssamı, M.F. Axundov mükafatı laureatı Altay Hacıyev və rəngkar rəssam Elşən Hacızadə danışacaq. Mövzu ilə bağlı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri ədəbi - musiqili kompozisiya ilə çıxış edəcəklər. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar