Şəkidə xalq artisti İlham Namiq Kamalın 60 illik yubileyi qeyd olunub
18 Dekabr 2009 Cümə 10:15
Şəki şəhərində xalq artisti İlham Namiq Kamalın 60 illik yubileyi qeyd olunub.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, tədbirdə Şəki rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahomov, xalq artisti İlham Namiq Kamal, yubilyarın sənət dostları, Musiqili Komediya Teatrının aktyorları, Şəki rayon ziyalıları iştirak edib.
Şəki rayon İcra Hakimiyyəti başçısı və rayon ziyalıları adından İlham Namiq Kamala xatirə hədiyyələri təqdim olunub. Daha sonra tədbir iştirakçıları yubilyarın rol aldığı film və tamaşalardan fraqmentlərə baxıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar