Səfurə Əlizadə tapşırılıbmı?
04 Fevral 2010 Cümə Axşamı 16:15
Səfurə Əlizadə tapşırılıbmı? Azərbaycanın “Eurovision” nümayəndə heyətinin rəhbəri şayiələrə son qoydu.
“Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin və onun ifa edəcəyi mahnının seçimi martın 1-dək yekunlaşacaq. “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib ki, mahnı yazılması üçün artıq yerli və xarici bəstəkarlara müraciət olunub. Mahnıların qəbulu fevralın 20-dək davam edəcək. Təmsilçimizin ifa edəcəyi mahnının seçilməsi zamanı münsiflərin rəyi nəzərə alınacaq. Əvvəlki illərdən fərqli olaraq, bu il seçiləcək mahnı finala keçən üç namizədin ifasında hazırlanaraq, qərar üçün münsiflərin ixtiyarına veriləcək.

A.Kərimli qeyd edib ki, “Eurovision-2010”-da ifa olunacaq mahnını yazmaq üçün artıq 10-a yaxın bəstəkar müraciət edib. Həmin bəstəkarların hamısı əcnəbilərdir. Nümayəndə heyətinin rəhbəri müraciət edənlər sırasında Araşın olmadığını bildirib.

Nümayəndə heyətinin rəhbəri “Eurovision-2010” müsabiqəsində Azərbaycanı məhz Səfurə Əlizadənin təmsil edəcəyi barədə yayılan xəbərləri də təkzib edib. "Əgər bizim əvvəlcədən kimisə göndərmək məqsədimiz olsaydı, o zaman heç milli seçim keçirməzdik və öz təmsilçimizin adını açıqlayardıq. Milli Yayım Şurası olaraq bizim öz təmsilçimizi seçib göndərmək hüququmuz var. Necə ki, "TRT" milli seçim keçirmədən “ManGa” qrupunun təmsilçiliyini irəli sürüb",-deyə Adil Kərimli bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar