Səbuhi Rzayev - Ayağına kundura
02 İyun 2012 Şənbə 05:31
Azərbaycanlı Səbuhi Rzayev İbrahim Tatlısesin “Ayağına kundura” mahnısını ifa edib.
Türkiyədə keçirilən, Beynəlxalq Türkcə dərnəyinin təşkil etdiyi “X Türkcə Olimpiadası” öz işinə başlayıb. Kayseri vilayətində keçirilən tədbirdə bir çox ölkə ilə yanaşı Azərbaycan nümayəndəsi də iştirak edir. “Cihan”ın yaydığı məlumata görə, azərbaycanlı Səbuhi Rzayev müğənni İbrahim Tatlısesə şöhrət qapılarını açan “Ayağına kundura” mahnısını ifa edib. Qeyd edək ki, ifa tədbir iştirakçılarının böyük rəğbəti ilə qarşılanıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar