Rusiyalı kinoaktyor Vyaçeslav Nevinnıy vəfat edib
01 İyun 2009 Bazar Ertəsi 10:35
Məşhur rusiyalı kinoaktyor Vyaçeslav Nevinnıy 75 yaşında dünyasını dəyişib.
 APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, V. Nevinnıy mayın 31-də yerli vaxtla saat 16.30-da Moskvadakı mənzilində keçinib. Mərhumun həyat yoldaşı Nina İvanovna aktyorun uzun müddətdir diabetin ağır formasından əziyyət çəkdiyini söyləyib.
Qeyd edək ki, V. Nevinnıy karyerası boyunca 60-dan çox filmə çəkilib. Onun çəkildiyi ən məşhur filmlər arasında “Predsedatel”, “Bereqis avtomobilya”, “Ruslan i Lyudmila”, “Qostya iz buduşşeqo”, “Myortvıye duşi”, “Ne mojet bıt”, “Qaraj”, “Za spiçkami”, “Nebesa obetovannıye” filmlərinin adlarını çəkmək olar.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar