Rəşid Behbudovun xatirəsi yad edilib
16 Dekabr 2009 Çərşənbə 15:26
Dövlət Mahnı Teatrında Azərbaycanın böyük sənətkarı Rəşid Behbudovun xatirəsinə həsr olunmuş gecə keçirilib.
APA-nın məlumatına görə, tədbiri R. Behbudov adına Dövlət Mahnı Teatrı və Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi təşkil edib. Dahi ifaçının ad günü ilə bağlı təşkil olunmuş gecəyə Azərbaycan ictimaiyyətinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri qatılıblar.

Rusiyanın Azərbaycandakı səfirliyi və “Rossotrudniçestvo”nun adından çıxış edən nümayəndəliyin rəhbəri Ənvər Şeyxov Rəşid Behbudovun sovet mədəniyyətinə verdiyi töhfədən, sovet incəsənətini xaricdə layiqli təmsil etməsindən danışıb.

Gecənin sonunda Mahnı Teatrının solistlərinin ifasında konsert, Musiqili Komediya Teatrının aktyorlarının ifasında “Arşin mal alan” operettasından hissələr, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında musiqi nömrələri nümayiş etdirilib.

R. Behbudovun həyat yoldaşı Ceyran xanım tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar