Rejissor Roman Polanski qeybə çəkilib
03 Dekabr 2009 Cümə Axşamı 21:45
Rejissor qeybə çəkilib. Roman Polanskinin həbsxanadan hara aparıldığı açıqlanmır.
Bir müddət öncə İsveçrə məhkəməsinin 4,5 milyon dollar girov müqabilində məşhur kinorejissor Roman Polanskini azad etmək barədə qərar qəbul etməsi ilə bağlı məlumat vermişdik. Bu gün İsveçrənin Ədliyyə Nazirliyindən bildiriblər ki, o, artıq Sürix həbsxanasından ev dustağı kimi qalacağı yerə köçürülüb.

Onun ev dustağı kimi qalacağı yer açıqlanmır və bunun təhlükəsizlik məqsədi ilə edildiyi bildirilir.

Xatırladaq ki, Polanski 30 il bundan əvvəl azyaşlını zorlamaqda ittiham olunur.

Roman Polanski "Qızıl palma budağı", "Qızıl şir" və "Oskar" mükafatlarının laureatıdır. O, "Pianoçu", "Çin kvartalı" və "Rozmarinin övladı" filmləri ilə məşhurlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar