Ramiz Əzizbəylinin gözü yoldadır
02 Oktyabr 2009 Cümə 14:20
Röyanın səhhətindən narahat olan mədəniyyət nazirimiz Ramiz Əzizbəyli üçün də narahatdır?
Sevimli sənətkarımız Ramiz Əzizbəylinin xəstəliyi haqqında hazırladığımız qısa reportaj böyük səs-küy salıb. Biz yenidən onunla əlaqə saxlayıb, səhhəti ilə maraqlananları soruşduq. Xalq artisti "maraqlananlar çoxdur, bütün televiziyalar çəkiliş etmək istəyirlər. Bu vəziyyətdə olduğumdan çəkilişə razılaşmıram. İstəmirəm xalq məni belə görsün. Hətta ayrı-ayrı şəxslər zəng edib öz köməklərini təklif edirlər. Çox utanıram, başqalarına möhtac olmaq mənə çox ağırdır. Axı mən indiyədək heç kimə boyun əyməmişəm. Ayağa qalxmağım üçün tələb olunan əməliyyat kiçik yardımlarla baş tuta bilməz. Amma yenə də sağ olsunlar, Allah canlarını sağ eləsin. Mən öz dövlətimdən kömək istəyirəm. Düzdür, sizin yazıdan sonra nazirimiz Əbülfəz Qarayevin tapşırığı ilə Mədəniyyət nazirliyinin kino idarə rəisi Cahangir Məmmədov və onun müavini Cəmil Fərəcov mənə baş çəkdilər. Amma cərrahiyyə əməliyyatımla bağlı söhbət olmadı” cavabını verdi.
Hələ də gözlədiyiniz zəng varmı? sualına aktyor üzvü olduğu Kino İttifaqının müdiriyyətindən onunla maraqlanmaqdıqlarını söylədi.

Xatırladaq ki, müğənni Röya konsertqabağı keçirdiyi mətbuat konfransında konsert günlərinin sayını 10 gündən 6 günə endirməsini Mədəniyyət naziri Əbülfəz Qarayevin narahatçılığı ilə əlaqələndirmişdi: “Nazir mənə zəng edib, narahatçılığını bildirdi. Hamiləliyin sonuncu ayında konsert vermək üçün həkimin icazəsini tələb etdi. Həkimim mənə 6 gün səhnəyə çıxmağıma icazə verdiyindən konsertin gününü azaltdım.”
Maraqlıdır, görəsən Röyanın özünün və hələ dünyaya gəlməmiş körpəsinin səhhətindən narahat olan mədəniyyət nazirimiz Ramiz Əzizbəyli üçün də narahatdır?
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar