Qəbələ növbəti beynəlxalq musiqi festivalına hazırlaşır
18 İyul 2012 Çərşənbə 02:06
Festival günlərində çoxsaylı yerli və xarici qonaqların gələcəyini nəzərə alaraq rayonda geniş hazırlıq işləri görülür.
Qəbələ şəhəri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 24-dən avqustun 6-dək keçiriləcək IV Beynəlxalq Musiqi Festivalını tam hazırlıqla qarşılayacaq. Rayon mədəniyyət və turizm şöbəsindən AzərTAc-a bildiriblər ki, festival günlərində Qəbələyə çoxsaylı yerli və xarici qonaqların gələcəyini nəzərə alaraq rayonda geniş hazırlıq işləri görülür.

Rayon icra hakimiyyətinin, idarə və təşkilatların birgə səyi ilə Qəbələnin küçələrində, park və bağlarında abadlıq işləri həyata keçirilir, gecə isıqlandırma sistemi qaydaya salınır, şəhərdə səliqə-sahman yaradılır.

Qəbələ şəhərinin küçələrində, İsmayıllı-Qəbələ-Şəki avtomobil yolunun kənarında, müxtəlif otel və istirahət mərkəzlərində festivalla bağlı plakatlar diqqəti xüsusilə cəlb edir. Bundan əlavə, festivalın keçiriləcəyi beşulduzlu “Qafqaz Resorte” və “Qafqaz Riverside” otellərində hazırlıq işləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar