"Qala"ya 5 gündən sonra baxa biləcəyik
17 Sentyabr 2009 Cümə Axşamı 11:40
Filmin təqdimatı Heydər Əliyev Sarayında olacaq
Sentyabr ayının 22-də “Qala” bədii filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumta görə, təqdimat saat 19.00-da Heydər Əliyev Sarayında olacaq.

Qarabağ müharibəsinə həsr edilən bu filmin istehsalını “Azərbaycanfilm” studiyası, tanınmış prodüserlər Rauf Atamalıbəyov, Rusiya tərəfdən isə Timur Vaynşteyn həyata keçirib.

Quruluşçu rejissor Şamil Nəcəfzadə, ssenari müəllifləri Şamil Nəcəfzadə, Ramiz Rövşən, operator Kənan Məmmədov, rəssamlar Arif Məhərrəmov, Əziz Məmmədov, bəstəkar Cahangir Zülfüqarovdur.
Baş rollarda Rasim Balayev, Vidadi Həsənov, Yuliya Peresild, Məhəmməd Əlili, Məbud Məhərrəmov, Sonaxanım Mikayılova, Yuri Baliyev və başqaları çəkilib.

Qeyd edək ki, film sentyabrın əvvəllərində Monreal Ümumdünya kinofestivalında uğurla nümayiş etdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar