Pakistan mətbuatı Nizami Gəncəvi haqda yazdı
17 İyul 2012 Çərşənbə Axşamı 15:26
Tanınmış jurnalist Amir Mahmud Battinin məqaləsi “Nizami Gəncəvi 870” adlanır.
Pakistanda böyük oxucu auditoriyasına malik ingilis dilli “Diplomatic Star” jurnalında tanınmış jurnalist Amir Mahmud Battinin “Nizami Gəncəvi 870 ” adlı məqaləsi dərc edilib. Pakistandakı səfirlikdən ANS PRESS-ə verilən məlumata görə, məqalədə şərqin dahi şairi və filosofu Nizami Gəncəvinin gənclik illərindən, sürdüyü təvazökar və zahid həyat tərzindən bəhs edilib.

Jurnalist, Nizaminin öz yaradıcılığını lirik poemalar, qəzəllər və qəsidələrin yazılışından başladığını qeyd edib, lakin dünya ədəbi irsinə Xəmsə ilə daxil olduğu bildirib.

Yazar Xəmsəyə daxil olan hər beş poemanın nəzərdən keçirərək, “Sirlər Xəzinəsi”-nin fəlsəfi məqamlarını, “Xosrov və Şirinin” romantik üçbucağını açıqlayıb. “Yeddi gözəl” poemasından bəhs edən məqalənin jurnalist, burada təsvir olunan personajların sonralar Avropa ədəbiyyatında Şiller və Puççini tərəfindən prototip kimi istifadə olunduğu vurğulanıb.

Mahmud Batti “Yeddi Gözəl” poemasının şərqdə ilk dəfə Azərbaycan kompozitoru Üzeyir Hacıbəyov tərəfindən italyan musiqi üslubunda (opera) səhnəyə qoyulduğunu qeyd edib.

Məqalədə, bəşəriyyətin dahi şairi Nizaminin insanın daxili dünyasını və hisslərini, qürurunu, keyfiyyətlərini, ali insani ideallarını ön plana çəkdiyi qeyd olunub. Şairin, öz yaradıcılığında qadının yüksək insani keyfiyyətlərə malik olduğu, əməyə böyük hörmətlə yanaşdığı vurğulanıb.

Nizaminin əlyazmaları Paris, London, Moskva, Qahirə, İstanbul və digər muzeylərdə saxlanılmış, şairin poeziyası bir çox dünya dillərinə tərcümə edilib. Jurnalda Azərbaycan xalqının Nizami yaradıcılığına böyük məhəbbətlə yanaşdığı, Bakı şəhərinin mərkəzində ona heykəl ucaldıldığı, onun adını daşıyan çoxsaylı institut və küçələrin olduğu bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar