Onilliyin ən yaxşı musiqi qrup və ifaçıları açıqlanıb
17 Dekabr 2009 Cümə Axşamı 06:25
Siyahıya onillik ərzində 870 milyon dollar qazanan “Rolling Stones” qrupu başçılıq edir
“Billboard” jurnalı onilliyin 25 ən yaxşı konsert kollektivi və ifaçısının siyhısını açıqlayıb. Reytinq cədvəlinə Britaniyanın “Rolling Stones” qrupu başçılıq edib. Son on il ərzində bu kollektiv 264 konsert verib və 870 milyon dollar qazanıb. Qrupun konsertlərini 8 milyon tamaşaçı izləyib.

Jurnal ikinci yeri İrlandiyanın U2 qrupuna verib. O 288 şou ilə çıxış edib və 844 milyon dollar gəlir götürüb. Kollektivin konsertlərinə 10 milyona yaxın tamaşaçı gəlib.

Üçüncü yeri Amerika müğənnisi Madonna tutub. O 248 konsert proqramı ilə çıxış edib və 688 milyon dollar qazanıb. Onun konsertlərinə 6 milyondan artıq tamaşaçı baxıb.

Siyahıda Bryus Sprinqstin, Elton Con, Selin Dion, Pol Makkartni, “Metallica”, Tina Törner və Britni Spirsin də adı var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar