Nikolas Keyc göstəbək oldu
19 Avqust 2009 Çərşənbə 14:25
Yeni "Darvinin missiyası" animasiya filmi prokata çıxarıldı. Nikolas Keyc göstəbək oldu.

 

Sabahdan etibarən Rusiya kino icarə mərkəzlərində “Darvinin missiyası” adlı animasiyalı komediya satışa çıxarılacaq . ANS PRESS-in "Utro.ru"a istinadən verdiyi xəbərə görə, animasiya filmini Hollivudun bir sıra məşhur aktyorları səsləndirib. 

Qeyd edək ki, filmin orjinal variantında "Spekls" adlı kor köstəbək rolunu tanınmış aktyor Nilkolas Keyc səsləndirib.

İqtisadi krizis Hollivud aktyorunda da yan keçməyib. Maddi çətinliklərlər onu Almaniyadakı mülkünü satmağa məcbur edib. İndi ailəsi ilə birlgə Nyu-Yorkda yaşayan Keyc sevimli heyvanlarından da ayrı düşüb. O, heyvanları çox sevməsinə baxmayaraq, onları Almaniyada qoymaq məcburiyyətində qalıb. Buna səbəb, yaşadıqları mənzildə ev heyvanlarının saxlanılmasına icazə verilməməsidi./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar