Naxçıvanda ilin alimləri seçilib
28 Fevral 2009 Şənbə 13:34
Naxçıvanda ilin alimləri seçilib
Naxçıvan. C.Qurbanoğlu – APA. Naxçıvan Dövlət Universitetində (NDU) «İlin alimi» nominasiyasının qalibləri müəyyənləşib.
NDU-nun mətbuat xidmətindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, ali təhsil ocağında keçirilən tədbirdə 2008-ci ilin yekunlarına görə elmi fəaliyyəti ilə fərqlənən şəxslərin adları açıqlanıb. Filologiya elmləri doktoru Sevindik Vəliyev və tarix elmləri namizədi, dosent Zəhmət Şahverdiyev humanitar elmlər, kənd təsərrüfatı elmləri doktoru Əlövsət Quliyev və kimya elmləri namizədi Tofiq Əliyev isə dəqiq elmlər üzrə sözügedən nominasiyanın qalibi olublar.
Bununla yanaşı, Beynəlxalq Sosial Əməkdaşlıq Korporasiyasının «XXI yüzilliyin liderləri» Beynəlxalq İmic Proqramının qərarına əsasən, elmin, təhsilin və yeni texnologiyaların tətbiqinin inkişaf etdirilməsi sahəsindəki mühüm nəticələri nəzərə alınaraq Naxçıvan Dövlət Universiteti «Minilliyin universiteti» adlı beynəlxalq mükafata layiq görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar