Musiqi Stüart Şarpı varlı etdi
02 Oktyabr 2009 Cümə 22:25
Heç bir musiqi biliyi olmayan şəxs dahi musiqi əsəri yaradıb
İllərlə küçələrdə yatan 67 yaşlı Stüart Şarpı indi yazdığı simfoniyaya görə "dahi" adlandırırlar. Bu işinə görə o, milyoner də olub. Cənab Şarpın 35 il əvvəl qarabasması olub. Çox keçmədən dünyaya gələn oğlu Ben ölür və dəfn mərasimi zamanı onun gözünə musiqi əsəri görünür. Şarpın not biliyi olmadığı üçün musiqinin notlarını yaza bilmir. Amma musiqi səsləri yaddaşında yaşayırdı.

Stüart Şarp beynində gəzən səsləri reallaşdıraraq oğlu haqqında simfoniya yazmaq qərarına gəlir. Lakin onun bu arzusu ailə həyatında bir çox problemlər yaradır və məsələ ciddiləşərək boşanmaya gətirib çıxarır. Beləliklə, hər şey onun evsiz qalması ilə nəticələnir. Lakin sonda əsər Londonun Filarmoniya Orkestrinin ifasında yazılır və musiqi ekspertləri tərəfindən “dahi” adlandırılır.

Filarmoniya Orkestrinin dirijoru Alan Uilsonun sözlərinə görə, qeyri-mütəxəssis bir musiqiçinin bu cür əsər yaratması inanılası deyil. “Mənə elə gəlir ki, bu, tibbi biliyi olmadan beyində əməliyyat aparmağa bənzəyir”, – deyə o qeyd edib.

Müəllifin özü hadisəyə belə şərh verib: “Hesab edirəm ki, Ben öləndə mən də öldüm. Və başqa bir insan oldum”.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar