Muğama həsr olunmuş film mükafata layiq görülüb
08 Avqust 2009 Şənbə 23:00
Azərbaycanın milli musiqisinin dörd ənənəvi ifaçısı haqqında on beş dəqiqəlik film Kaliforniyanın La Colla şəhərində keçirilən “Accolade Film Festivalı Müsabiqəsi-2009"-da sənədli və qısametrajlı film
APA-nın məlumatına görə, "Sirli Muğam Musiqisi Montanaya Gəlir " filmi "Qədim Şərq" (Ancient East) musiqi qrupunun Montana ştatından şərqdə yerləşən Billinqsdəki "Rocky Mountain" kollecində, ştatın cənub hissəsində yerləşən Brozemandakı Montana Dövlət Universitetinin musiqi bölməsində, Yellouston çayı sahilində yerləşən Livinqston kitabxanasında və nəhayət, amerikalı tanınmış muğam mütəxəssisi Cefri Verbokun da qatıldığı Missouldakı Montana Universitetində yekun çıxışı qrupun mədəniyyətlərarası keçməkeçli yolunu təfərrüatları ilə əks etdirir.

Qastrol boyunca qrup yüzlərlə yerli sakini Azərbaycanın sirli, qeyri-ritmik, modal musiqisi olan muğamla tanış edib.

“Biz sevinirik ki, sizin yüksək keyfiyyətli yaradıcılığınızı qiymətləndirə bildik və "Accolade" müsabiqəsinin vacib bir hissəsi oldunuz", deyə "Accolade" müsabiqəsinin sədri Tomas Beyker "Muğam" filminin rejissoru, Montana Dövlət Universitetinin professoru Tomas Qoltsa bildirib.

“Sirli muğam musiqisi" filminin əsas operatoru Rendi Yakobs, əlavə kadrların operatoru Yen Klark və montajçısı Montana qrupundan olan Keti Maqruderdir. Filmin icraçı prodüseri Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərovdur.

Çəkilişə xüsusi logistik dəstəyi isə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan olan qaçqın və hazırda Billinqsdə yaşayan Vahid Ələkbərov, Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulu Elin Süleymanov tərəfindən göstərilib.

T. Qolts filmi möhtəşəm komanda işi adlandıraraq, əməyi olanlara minnətdarlığını bildirib.

Qeyd edək ki, "Accolade" mükafatı artıq beş ildir ki, yaradılıcılıqda müstəsna nailiyyətləri ilə fərqlənən peşəkarların kino, televiziya və video çəkilişlərinə görə təqdim olunur. Müsabiqəyə təqdim olunan işlər kino və televiziya sahəsində yüksək ixtisaslı mütəxəssislər tərəfindən qiymətləndirilir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar