Muğam Teatrı sənətkarların yubileylərinə hazırlaşır
11 Dekabr 2009 Cümə 19:00
Muğam Teatrı sənətkarların yubileylərinə hazırlaşır. Teatrın direktoru Arif Qazıyev: "Bu cür yubileylər gənc nəsilə örnəkdir".
Muğam Teatrı sənətkarların yubileylərinə və xatirə gecələrinə hazırlaşır. ANS PRESS-ə açıqlama verən Dövlət Muğam Teatrının direktoru Arif Qazıyev bu cür yubileylərin gənc nəsilə örnək olduğunu bildirib.

“Gənc nəsl bizim sənətkarlarımızın dəyərini bilməlidir. Muğam Teatrı hər zaman bu missiyaya qulluq edir. Yaxın günlərdə Muğam Teatrında bir sıra sənətkarların yubiley və xatirə gecələrinin keçirilməsi nəzərdə tutulub. Xalq şairi, tanınmış kinoaktrisa Münəvvər Kələntərli, Aşıq Pənah, müğənni Qulu Əsgərov və xalq artisti Elmira Rəhimovaya həsr olunmuş musiqili bədii gecənin keçirilməsi də planlaşdırılır”,-deyə o əlavə edib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar