Muğam Müsabiqəsinin ikinci turu
07 Mart 2009 Şənbə 14:10
Müsabiqəinin ilk mərhələsində iştirak edən 27 ifaçıdan 10 nəfəri ikinci turda iştirak etmək hüququ qazanıb

 

Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutan I Respublika Muğam Müsabiqəsinin ikinci turu martın 9-da keçiriləcək. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında təhsil naziri Misir Mərdanov məlumat verib. Nazirin sözlərinə görə, müsabiqənin ilk turu martın 5-də keçirilib. İlk mərhələdə iştirak edən 27 ifaçıdan 10 nəfəri ikinci turda iştirak etmək hüququ qazanıb. Bu turda həmin ifaçılar sərbəst şəkildə istədikləri muğamı ifa edəcəklər./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar