"Modern Blues Band" qrupu konsert verəcək
05 Oktyabr 2009 Bazar Ertəsi 13:40
"Modern Blues Band" qrupu konsert verəcək. Konsertdə yerli musiqiçilər də iştirak edəcək.
Rusiyanın "Modern Blues Band" blüz qrupu oktyabrın 10-11 tarixlərində Bakı Caz Mərkəzində konsert verəcək.

Konsertin ikinci günü bizim musiqiçilər də iştirak edəcək.

Xatırladaq ki, qrup 1995-ci ildə gürcü musiqiçisi Qiya Caqnidze tərəfindən yaradılıb.

Hazırda “Modern Blues Band” qrupuna Q. Caqnidze (gitara, vokal), S.Slobodin (bas-gitara), D.Matyuhin (zərb), Y.Revniyuk (klaviş) daxildir. Qrup tez-tez caz, blüz, rok festivallarına dəvət olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar