Misir filmləri həftəsi başa catıb
25 Dekabr 2009 Cümə 22:50
Misir filmləri həftəsi başa catıb. Həftənin son günündə “Əzəmətli Çin fulu" filmi göstərilib.
Bu gün Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqında Misir filmlər həftəsinə yekun vurulub. Mədəniyyət və Turizm Nazirliyi, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi və Bakıdakı Misir Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən həftənin son günündə “Əzəmətli Çin fulu (paxlası)” filmi nümayiş etdirilib.

Komediya janrında çəkilmiş bir film olan bu ekran əsərində bir nəfər misirlinin Çinə səfər edərək burada keçirilən aşbazlıq müsabiqəsində iştirakından və qalib gəlməsindən bəhs olunur.

Qeyd edək ki, həftə çərçivəsində Misir rejissorlarının ekranlaşdırdığı “Africano”, “Mafiya”, “Növbəti bəyan bizə gəldi” və “Çətin günlər” filmləri nümayiş etdirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar