Məşhur yazıçı Qarsiya Lorkun qəbirdən yoxa çıxıb
18 Dekabr 2009 Cümə 18:50
Qarsiya Lorkun qalıqlarını tapmaq mümkün olmayıb
İspaniyanın Əndəluz vilayətindəki qəbristanlıqlardan birində mütəxəssislər tərəfindən ümumi qəbirlərin eksqumasiyası (məhkəmə tibbi müayinə üçün meyitin qəbirdən çıxarılması) zamanı məşhur şair Federiko Qarsiya Lorkun dəfn olunduğu güman edilən məzarda onun qalıqlarını tapmaq mümkün olmayıb.

Əndəluz hökumətinin hüquq məsələləri üzrə müşaviri Beqonya Alvares bəyan edib ki, 51 gün sürən işlər zamanı arxeoloq və məhkəmə ekspertləri onun qəbrindən nə sümük, nə paltar, nə də ki güllə tapa bilib.

Xatırladaq ki, 1936-cı il 18 avqust tarixində Madriddən Qranadaya gələn XX əsr İspaniya ədəbiyyatının məşhur şair və dramaturqu Federíko Qarsiya Lork millətçilər tərəfindən həbs olunub. Növbəti gün isə respublikaçı və kommunist kimi güllələnib. Bir sıra müasir tədqiqatçılar isə hesab edir ki, o homoseksual münasibətləri ucbatından vəfat edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar