Məşhur rus aktrisası Anna Samoxina vəfat edib
08 Fevral 2010 Bazar Ertəsi 12:50
48 yaşlı Anna Samoxina xərçəng xəstəliyindən əziyyət çəkirdi
Uzun sürən xəstəlikdən sonra 48 yaşlı aktrisa Anna Samoxina dünən gecə vəfat edib. Rusiya mətbuatının verdiyi məlumata görə, o, Sankt-Peterburqdakı xəstəxanaların birində dünyasını dəyişib.

Qeyd edək ki, Alla Samoxina sağalmaz xəstəliyə düçar olması barədə məlumatı ötən ilin noyabr ayında müayinə zamanı bilib. Onun yatağa düşməsi pərəstişkarlar və həmkarlarını şoka salıb.

Qeyd edək ki, təqribən 4 gün bundan əvvəl Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeev aktrisaya əməkdar artist adının verilməsi barədə sərəncam imzalayıb.

Anna Samoxina bir çox filmlərdə və seriallarda çəkilib. Aktrisa "Qanuni oğru"da Rita, "Tartyuf"da Mariana, "Məhəbbətin üç rəng" filmində Maşa rollarını məharətlə ifa edib.

Hələlik onun harada və nə vaxt basdırılacağı açıqlanmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar