Məşhur gürcü bəstəkarı vəfat edib
03 Oktyabr 2009 Şənbə 23:40
Məşhur gürcü bəstəkarı Aleksandr Basilaya uzun sürən xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib
Məşhur gürcü bəstəkarı Aleksandr Basilaya vəfat edib. Bəstəkar uzun sürən xəstəlikdən sonra 67 yaşında Almaniyada dünyasını dəyişib.

Qeyd edək ki, Gürcüstanın əməkdar incəsənət xadimi, ölkədə və bütün dünyada məşhur olan “İveriya” ansamblının əvəzedilməz bədii rəhbəri olub.

Basilaya bir sıra məşhur estrada mahnılarının, həmçinin bədii film və cizgi filmlərinin müəllifidir.
ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar