Məhəmməd Əmin Rəsulzadənin xatirəsi yad edilib
06 Mart 2009 Cümə 12:45
Bu gün Milli Məclisin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü münasibəti ilə xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
APA-nın xəbərinə görə, millət vəkili Pənah Hüseyn cari məsələlərin müzakirəsi zamanı söz alaraq bu gün M. Ə. Rəsulzadənin vəfatının ildönümü olduğunu bildirib, MM üzvlərini onun xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə çağırıb. Təklifi qəbul olunub, spiker Oqtay Əsədov və MM üzvləri M. Ə. Rəsulzadənin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Lakin deputatlardan Musa Quliyev və Vidadi Məmmədov ayağa qalxmayıblar.

Qeyd edək ki, M. Ə. Rəsulzadə 1955-ci il martı 6-da Ankarada vəfat edib. O, Ankaranın “Esri” məzarlığında dəfn olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar