Koramal mükafat qazanıb
28 Dekabr 2009 Bazar Ertəsi 21:55
Koramal mükafat qazanıb. Azərbaycan filmləri “Pillələr” Beynəlxalq Kinofestivalında fərqlənib.
Ukraynada keçirilən “Pillələr” Beynəlxalq Kinofestivalında Azərbaycan filmləri “Koramal” və “Nəfəs” mükafat qazanıb. “Nəfəs” “Ən yaxşı rejissor işi”, “Koramal” isə “Ən yaxşı operator işi” nominasiyalarında birinci olub.

Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalibi “Koramal” bu il Latviyada və Serbiyada keçirilən Beynəlxalq festivalların laureatı olub.

2007-ci ildə lentə alınmış “Nəfəs” filmi də müxtəlif Beynəlxalq kinofestivallarda mükafat alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar