Kino rəssamının yeni sərgisi açılıb
08 Yanvar 2010 Cümə 20:40
Qurban Məlikovun sərgi bir həftə davam edəcək
Bu gün Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda kino rəssamı Qurban Məlikovun 80 illiyinə həsr olunmuş sərgi açılıb.

Təbdirdə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq rəssamı Mayis Ağabəyov və yazıçı Nahid Hacızadə çıxış edərək Q.Məlikovun mənalı ömür yolundan, özünəməxsus yaradıcılıq üslubundan, bənzərsiz sənətkarlığından danışıblar.

Tədbir iştirakçıları sənətkarın rəsm, qrafika və teatral eskizləri ilə yaxından tanış olub.

Qeyd edək ki, bir həftə davam edəcək sərgidə rəssamın 120-dən çox əsəri sərgilənir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar