Kamil Rüstəmbəyov yubileyi keçiriləcək
08 Dekabr 2009 Çərşənbə Axşamı 16:05
Tədbirdə rejissor Kamil Rüstəmbəyov un həyat və yaradıcılığını əks etdirən foto-sərgi nümayiş olunacaq
Azərbaycanın görkəmli kinorejissoru Kamil Rüstəmbəyovun 85 illik yubileyi keçiriləcək.
Mədəniyyət və Turzim İdarəsinin verdiyi məlumata əsasən, Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev
bildirib ki, yubiley tədbirinin dekabrın sonu - yanvarın əvvəlində Muzey Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Tədbirdə görkəmli rejissorun həyat və yaradıcılığını əks etdirən foto-sərgi də nümayiş olunacaq.

Xatırladaq ki, Kamil Rüstəmbəyov 1960-cı ildə “Aygün” adlı ilk Azərbaycan televiziya filmini çəkib. Bundan başqa, o, “Azərbaycanfilm” kinostudiyasında “Axırıncı aşırım”, “Dərviş Parisi partladır”, “Dağlarda döyüş”, “İnsan və zəncir”, “Gözlə məni”, və başqa filmləri də ekranlaşdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar