Gülzar İbrahimova oxucularla görüşüb
17 Aprel 2009 Cümə 21:50
Respublika Uşaq Kitabxanasında keçirilən görüşdə uşaqların Gülzar nənə kimi tanıdığı yazıçı az yaşlılara yeni nağıllarından danışıb

Bu gün Respublika Uşaq Kitabxanasında kiçik oxucuların "Gülzar nənə" kimi tanıdığı yazıçı, “ANS PRESS” Nəşriyyat evinin nəşri olan “Bala dili” jurnalının şef-redaktoru Gülzar İbrahimova ilə görüş keçirilib. Görüşdə 18 saylı məktəbin ibtidai sinif şagirdləri iştirak ediblər. Balacaların qarşısında çıxış edən Gülzar nənə onlara hələ çap edilməmiş, yeni yazdığı nağıllardan danışib, uşaqlara şerlər oxuyub. Uşaqlarla görüşündə yazıçı söz verdi ki, onların istək və arzularını yazılarında, şerlərində mütləq nəzərə alacaq. Respuklika Uşaq Kitabxanasında mütəmadi keçirilən belə görüşlər 2009-cu il Respublika uşaq ilinə həsr edilib. Görüşdə çıxış edən kitabxanın müdiri Fizurə xanım kiçik şagirdlərə öz tövsiyyəsini verdi, onları həmişə oxumağa, daima biliklərini artırmağa çağırdı. Öz növbəsində uşaqlar və çoxsaylı oxucular adından Gülzar nənəyə minnətdarlığını bildirdi ki, indiyə qədər onun otuzdan çox kitabı 100 min tirajla buraxılaraq uşaqları sevindirib. Görüşdən sonra uşaqlar kütləvi şəkildə kitabxanaya üzv olublar və oxumaq üçün kitab götürüblər. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar