Gəncədə teatr festivalı keçiriləcək
18 İyun 2009 Cümə Axşamı 14:50
Gəncədə teatr festivalı keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə baş tutacaq.

İyunun 23-dən 28-dək davam edəcək festivala 14 teatr qatılacaq. Bunların arasında Akademik Milli Dram, Gənc Tamaşaçılar, Musiqili Komediya, Bakı Bələdiyyə, Kukla, “Yuğ” və Pantomim teatrları var. Paytaxt teatrları ilə yanaşı festivalda Gəncə, Sumqayıt, Qazax, Mingəçevir, Şəki, Lənkəran dövlət dram teatrlarının kollektivləri iştirak edəcəklər./AzərTAc/



DOSTLARINLA PAYLAŞ:

oyunlar