Gənc pianoçu Emil Əfrasiyaboğlu konsert verəcək
28 Yanvar 2010 Cümə Axşamı 18:20
Emil Əfrasiyaboğlu musiqisevərləri Bakı Caz Mərkəzinə dəvət edəcək
Bakı Caz Mərkəzində Azərbaycanın tanınmış gənc pianoçusu Emil Əfrasiyaboğlunun konserti baş tutacaq. Mərkəzin yaydığı məlumata görə, pianoçunun konserti Bakı Caz Mərkəzi və “Baku Promote Company” şirkətinin birgə aksiyası çərçivəsində reallaşacaq.

Xatırladaq ki, Emil Əfrasiyaboğlu Azərbaycan Musiqi Akademiyasının məzunudur. O, Beynəlxalq müsabiqələr laureatı və Bakıda keçirilən caz festivallarının daimi iştirakçısıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar