Finlandiyanın “Eurovision-2010” təmsilçisi Kuunkuiskaajat qrupu olub
01 Fevral 2010 Bazar Ertəsi 12:15
Bu ilin mayında Norveçdə keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Finlandiyanın təmsilçisinin adı məlum olub. Kuunkuiskaajat qrupu.
Bu ilin mayında Norveçdə keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Finlandiyanın təmsilçisinin adı məlum olub. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, yanvarın əvvəllərində keçirilən üç yarımfinaldan sonra ötən gecə finlandiyalı televiziya izləyiciləri 55-ci “Eurovision” müsabiqəsində öz iştirakçılarını seçiblər. Finala vəsiqə qazanan 10 mahnı arasından iki qızdan ibarət “Kuunkuiskaajat” qrupu tamaşaçıların çoxsaylı sms-lərini qazanaraq Finlandiyanı təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, Fillandiya 55 illik tarixə malik olan “Eurovision” müsabiqəsində 1961-ci ildən iştirak edir. Ölkə bu müddət ərzində bir dəfə - 2006-cı ildə Yunanıstanda keçirilən 51-ci “Eurovision” mahnı müsabiqəsində “Lordi” qrupunun çıxışı ilə 1-ci olub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar