Eurovision-2009 başa çatıb
17 May 2009 Bazar 03:25
Bu gün Moskvadnın “Olimpiya” Mərkəzində “Eurovision-2009” müsabiqəsinin final yarışması keçirilib. APA-nın xəbərinə görə, yarışma müsabiqənin ötən ilki qalibi Dima Bilanın mahnı söyləməsi ilə başlayıb
Final gecəsini rus müğənni Alsu və məşhur teleaparıcı İvan Urqan idarə ediblər.

Finalda Türkiyə, Portuqaliya, Malta, İsveç, Finlandiya, İsrail, Bosniya-Herseqovina, Rumıniya, İslandiya, Ermənistan, Azərbaycan, Xorvatiya, Ukrayna, Litva, Albaniya, Moldova, Danimarka, Estoniya, Norveç və Yunanıstan yarışıb.

Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araş 11-ci səhnəyə çıxıblar.

İştirakçılar performanslarını nümayiş etdirəndən sonra Beynəlxalq Kosmik Stansiyadan səsverməni açıq elan ediblər.

Səsvermədə iştirak edən ölkələrdən Çexiya Azərbaycana 10, İsveç 8, Fransa 1, İsrail 6, Rusiya 7, Çernoqoriya 6, Bolqarıstan 8, Litva 5, Yunanıstan 8, Bosniya və Hersoqovina 3, Ukrayna 10, Türkiyə 12, Albaniya 4, Serbiya 4, Kipr 8, Polşa 6, Niderland 10, Estoniya 7, Xorvatiya 10, Rumıniya 4, Danimarka 8, Moldova 10, Ermənistan 1, Macarıstan 10,
Norveç 10 xal verib.

Azərbaycan isə 12 xalını Türkiyəyə verib.

Yekun nəticəyə görə, müsabiqənin qalibi Norveç təmsiçisi Andrey Rıbak, ikinci yerin sahibi İslandiya, üçüncü yerin sahibi isə Azərbaycan olub.
 
 


DOSTLARINLA PAYLAŞ:

oyunlar