Ən yaxşı 100 filmin adı açıqlanıb
09 Dekabr 2009 Çərşənbə 19:20
Ən yaxşı 100 filmin adı açıqlanıb. "Üçlük"də məşhur "Xaç atası" filmi yer alıb.
Dünyanın ən yaxşı filmləri seçilib. Siyahıya bütün zamanların 100 ən yaxşı filmi daxil olub. Filmləri dünyanın ən böyük kino saytı olan “imdb.com” seçib. Siyahının birinci pilləsində 1994-cü ildə lentə alınmış “Əsarətin dəyəri” (The Shawshank Redemption) yer alıb. İlk "üçlüyü" isə 1972 və 1974-cü illərdə çəkilmiş “Xaç atası” və “Xaç atası II” (The Godfather: Part II) tamamlayıb.

“Yaxşı, pis və çirkin” (1966),
“Ucuz roman” (Pulp Fiction 1994),
“Qara çəngavər” (The Dark Knight 2008),
“Ulduz müharibəsi” (Star Wars 1977),
“Üzüklərin hakimi, kralın qayıdışı” (The Lord of the Rings: The Return of the King (2003),
“Kasablanka” (Casablanca 1942),
“Xəzinə ovçuları” (Raiders of the Lost Ark 1981),
“Psix” (Psycho 1960),
“Quzuların səsizliyi” (The Silence of the Lambs 1991),
“Matritsa” (The Matrix 1999),
“Terminator 2” ( Terminator 2 1991),
“Pianoçu” (The Pianist 2002),
“Xarabalıqdan olan milyonçu” (Slumdog Millionaire 2008) ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar