Dünyanın ən uzun serialı başa çatdı
19 Sentyabr 2009 Şənbə 05:20
Serialın yayımına ABŞ prezidenti Franklin Ruzveltin inauqurasiya mərasimindən beş gün sonra-25 yanvar 1937-ci ildə başlanılıb
ABŞ-da radio və televiziya ilə 72 illik yayımdan sonra dünyanın ən uzun serialı “Guiding Light” başa çatıb. Serialın radio vasitəsilə yayımına Birləşmiş Ştatların 32-ci prezidenti Franklin Ruzveltin inauqurasiya mərasimindən beş gün sonra-25 yanvar 1937-ci ildə başlanılıb. 1947-ci ilədək radio yayımını “NBC Radio” həyata keçirib. Lakin sonra yayım hüququnu CBS şirkəti əldə edib və “Guiding Light” 1952-ci ildə teleseriala çevrilib.
Bir çox tanınmış Hollivud aktyorları yaradıcığa məhz bu serialla başlayıblar. Məsələn, 1980-1981-ci illərdə seriala Kevin Beykon, 1989-cu ildə isə Kalista Flokxart çəkilib. Bundan başqa serialda Ceyms Erl Cons, Rubi Di və digər aktyorlar da iştirak ediblər. Mövcudluğu dövründə serial 300-dən çox mükafat alıb və 90-dan artıq prizə, o cümlədən, “Daytime Emmy Award”-a layiq görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar