Dünyanın ən bahalı filmləri
24 Yanvar 2010 Bazar 12:00
Dünyanın ən bahalı filmləri arasında Avatar birincidir.
Xarici kinematoqrafçılar dünyanın ən bahalı filmlərini müəyyən ediblər. Hesablamalara görə, ən gəlir gətirən film rejissor Ceyms Kameronun
çəkdiyi “Avatar” filmidir.

“Şahzadə Xəzər” (2008-ci il”) - 225,9 milyon dollar. Filmin ikinci seriyası dünyada film prokatında milyon dollar yığıb.

“Hörümçək adam-2” (2004-cü il) - 228 milyon dollar. Məşhur filmin ikinci seriyası həm aktyorlar, həm də kinosevərlər tərəfindən gözəl qəbul olunub. Film beynəlxalq prokatdan 896 milyon dollar yığıb.

“Kinq-Konq” ( 2005-ci il) - 229 milyon dollar. Filmin yenidən işlənmiş variantı film tənqidçilərinin xoşuna gəlib. Amma film tamaşaçılar arasında populyar olmayıb. Beynəlxalq prokatdan "Kinq-Konq" 608 milyon dollar toplaya bilib.

“Terminator-3” (2003-cü il) - 234 milyon dollar. Tənqidçilər tərəfdən film müsbət rəy qazanmasa da, gözəl qız və robotun sayəsində film dünya prokatından 508 milyon dollar qazanıb.

“Karib dənizinin piratları-2” ( 2006-cı il) - 241 milyon dollar. Sözügedən film dünya prokatından milyard dollar əldə edib.

“Su kainatı” (1995-ci il) - 248 milyon dollar. 1995-ci ildə Hollivud kinostudiyalarının biri fantastik film çəkmək qərarına gəlib. Film ABŞ film prokatından 124 milyon dollar qazanıb.

“Hörümçək adam-3” ( 2007-ci il) - 268 milyon dollar. Film dünya kino prokatından 927 milyon dollar əldə edib.

“Titanik” (1997-ci il) - 269 milyon dollar. Məşhur film sonralar tamaşaçılar arasında daha şöhrətlənib və kinoprokatlardan 2,48 milyard dollar yığıb.

“Kleopatra” (1963-cü il) - 310 milyon dollar. Elizabet Teylorın baş rolda çəkildiyi film kinematoqrafiya tarixində ən bahalı film hesab olunur. Film ABŞ prokatından 402 milyon dollar əldə edib.

“Karib dənizinin piratları-3” (2007-ci il) -317 milyon dollar. Filmin 3-cü seriyası ikincisindən daha bahalı hesab olunur. Film kinoteatrlardan 1 milyard dollardan bir az artıq gəlir əldə edib.

“Avatar” (2009-cu il) - 500 milyon dollar. “Avatar” dünyada ən bahalı filmdir. “20th Century Fox” kinostudiyası filmin rəsmi gəlir rəqəmlərini hələ tam açıqlamır. Amma bildirilir ki, filmin reklamlarına sərf edilən məbləği çıxmaq şərtilə, çəkilişlərə 230 milyon dollar xərclənib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar