Caz ustaları 2500 metr yüksəklikdə çıxış edəcəklər
15 Mart 2014 Şənbə 05:23
Tanınmış caz ifaçılarının Novruz bayramına həsr olunmuş konserti olacaq.
Tanınmış caz ifaçıları Elnur Hüseynov və Diana Hacıyeva dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən “Pik Palace” otelində Novruz bayramına həsr olunmuş xüsusi proqramla çıxış edəcəklər.

Məlumata görə, ifaçılar yeni proqramı gənc və istedadlı “iJazz” qrupunun müşayiəti altında təqdim edəcəklər. Novruz bayramı ilə əlaqədar hazırlanan xüsusi kampaniya çərçivəsində “iJazz” qrupu martın 21-dən 23-dək hər axşam oteldə çıxış edəcək.

Elnur Hüseynov Diana Hacıyeva ilə Azərbaycanın ən yüksək dağlıq yerində çıxış edən ilk yerli müğənnilər olduqlarından məmnunluğunu bildirib.
Diqqətə çatdırılıb ki, Novruz bayramı xüsusi bir gündür və həmin axşam konsertə gələn insanların baharla görüşünün xüsusi olması üçün ifaçılar əllərindən gələni əsirgəməyəcəklər.

Konsert otelin “Acacia” zalında təşkil olunacaqdır.

“Pik Palace” oteli Azərbaycanın ən yüksək dağlıq ərazisində, Bakıdan 230 km şimalda yerləşir və Şahdağ mənzərəsinə açılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar