"Cavad xan" filminin təqdimatı keçirilib
08 Dekabr 2009 Çərşənbə Axşamı 20:20
Cavad xan'ın mərdlik və mətanətini əks etdirən səhnələr tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş "Cavad xan" filminin təqdimatı keçirilib. Təqdimat mərasimində rayon ziyalıları və gənclər iştirak edib. Cavad xanın mərdlik və mətanətini əks etdirən səhnələr tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlıdır. Filmdə Azərbaycanın tanınmış sənət ustaları cəkilib.

Qeyd edək ki, yeni filmin rayonlarda nümayişi və təqdimatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar