Can Bonomo I yerdədir
24 May 2012 Cümə Axşamı 15:26
Jurnalistlər və fanatlar Mətbuat Mərkəzində keçirilən səsvermədə Türkiyə təmsilçisini birinci etdilər.
Türkiyənin "Eurovision 2012" təmsilçisi Can Bonomo qeydiyyatdan keçmiş jurnalistlərin və fanatların səsverməsinə görə birinci yerdədir. ANS PRESS-in məlumatına görə, Eurovision Mətbuat Mərkəzində quraşdırılan interaktiv səsvermə sistemində qeydiyyatdan keçmiş hər kəs öz favorit təmsilçisinə səs verə bilər.

İndiyə olan nəticələrdə Türkiyə 810 səslə I, İsveç 808 səslə II, Serbiya 768 səslə III yerdədir. fanatların müsabiqə zamanı səsverməsi ilk dəfədir ki, interaktiv ekran vasitəsilə təşkil olunur.

Qeyd edək ki, Can Bonomo bu gecə keçiriləcək "Eurovision 2012"nin II yarımfinalında 13 nömrə altında çıxış edəcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar