Buta filmi Oskar mükafatına iddia edir
27 İyun 2012 Çərşənbə 18:37
"Buta" filmi "Oskar" Milli Komitəsi tərəfindən "Ən yaxşı xarici film" nominasiyasına namizəd seçılib.
“Oskar” Milli Komitəsinin iclası olub. ANS PRESS-in məlumatına görə, Amerika Kino Akademiyasının "Ən yaxşı xarici film" nominasiyasına təqdim edilmək üçün komitəyə rəsmi müraciət edən istehsalçı şirkətlərin namizəd filmləri səsə qoyulub. Gizli səsvermə yolu ilə "Buta" bədii filmi "Oskar" Milli Komitəsi tərəfindən "Ən yaxşı xarici film" nominasiyasına namizəd seçılib.

"Buta" filmi "Azərbaycanfilm" və "Buta Film" kino şirkətinin birgə istehsalıdır. Filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifi Ramiz Fətəliyev və İlqar Nəcəfdir. "Buta" filmi artıq Türkiyə, Rusiya, Özbəkistan, Estoniya, ABŞ, Avstraliya və İtaliyada beynəlxalq kinofestivallarda iştirak edib.

Film Asiya-Sakit Okean Kino Akademiyası 2011-ci il “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib olub, Keyptaun (CAR) şəhərində keçirilən“Cape Winelands Film Festival”ın Qran-prisini və ABŞ-ın “World Fest – Houston International Film Festival”ında “Platinum Remi” mükafatını əldə edib. Bundan başqa film “Humay” Milli Mükafatının da laureatı olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar