Bu gün Xalq şairi Xəlil Rzanın ad günüdür
21 Oktyabr 2009 Çərşənbə 03:30
Bu gün Azərbaycanın görkəmli şairi Xəlil Rzanın ad günüdür.
Şair 21 oktyabr 1932-ci ildə anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, «Azərbaycan qadını» jurnalında əmək fəaliyyətinə başlayır. Elə həmin ildə də SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. İlk şerlər toplusu olan «Bahar gəlir» adlı kitabı 1957-ci ildə nəşr olunub. 1959-cu ildə Xəlil Rza təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında davam etdirir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir. Şeirlərini müxtəlif təxəllüslərlə çap etdirən şair sonralar ömrünün sonunadək bütün şerlərini «Xəlil Rza Ulutürk» təxəllüsü ilə çap etdirib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar